SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Gənc təhsil və mədəniyyət işçiləri ilə "Technest" təqaüd proqramı barədə görüş keçirildi
Əziz gənc təhsil və mədəniyyət işçiləri, özünüz üçün əlavə gəlir imkanı yaratmaq istəyirsinizsə, yeni bilik və bacarıq əldə edərək çalışdığınız sahədə irəliləmək istəyirsinizsə, siz də ilk milli təqaüd proqramı olan "Technest" proqramına qoşulun.
Bu il ilk dəfə olaraq "Technest" təqaüd proqramı regionda bizim təşəbbüsümüzlə Sabirabadda da keçiriləcək. Bu məqsədlə çox müasir ofis təmir edilib. Google-nun ofisinə bənzəyir.
4 istiqamət üzrə - java foundation, qrafik dizayn, data analitks və help desk sahələri yüksək peşəkarlığa malik mütəxəssislər Bakıdan Sabirabada ezam olunacaq.
3-4 aylıq təlimdən sonra layihəyə qoşulan şəxslərin ən azı yarısından çoxu işlə təmin ediləcək və ya onlara əlavə gəlir imkanları yaradılacaq.
www.technest.idda.az internet səhifəsinə daxil olun, qeydiyyatdan keçin və gələcəyinizi qurun.
Gəlin birlikdə Sabirabadı gələcəyin rəqəmsal inkişaf mərkəzi - Muğan Vadisi edək.